Ermənistanın terrorçu kiber ordusu darmadağın edilib - FOTO
Tarix: 3-03-2016, 13:25 | Çap et
Ermənistanın terrorçu kiber ordusu darmadağın edilib - FOTO
Anti-armenia Team -in hakerlərinin internet məkanında keçirdiyi ardıcıl, intensiv əməliyyatlar nəticəsində, Ermənistana məxsus “Monte Melkonian Cyber Army” adı altında fəaliyyət göstərən kiber terrorçu qrupa məxsus səhifələr məhv edilib. ASALA üzvü, terrorçu Monte Melkonyanın özü kimi adını daşıdığı qrup da internet məkanında terror əməlləri ilə məşğul olub,lakin onu da elə Melkonyanın taleyi gözləyib.

DİA.AZ-a daxil olan xəbərdə deyilir ki, Azərbaycan silahlı qüvvələri tərəfindən 1993-cü ildə məhv edilən Melkonyanın aqibəti bu qrupa da yazılıb və kiber ordu məhz Azərbaycanlı hakerlər tərəfindən zərərsizləşdirilib. Məlumat üçün bildirək ki, “Monte Melkonian Cyber Army” dəfələrlə Azərbaycanın internet məkanına hücumlar təşkil edib. Həmçinin Azərbaycan əleyhinə dezinformasiya xarakterli informasiya yaymaqla məşğul olub. “Anti-armenia Team” bəyan edib ki, bundan sonrada Azərbaycan əleyhinə dezinformasiya yayan qruplarla mübarizəsini tam gücüylə davam etdirəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net