“AZENCO”ASC işçisinin pulunu vermir – ŞİKAYƏT
Tarix: 24-02-2016, 10:59 | Çap et
“AZENCO”ASC işçisinin pulunu vermir – ŞİKAYƏT
Lənkəran sakini Nicat Hüseynov VİZUAL.az-a müraciət edib.

O, yanvarın 5-də "AZENCO”ASC-də işdən çıxarılıb. Onun sözlərinə görə, digərləri kimi öz işdən çıxmaq ərizəsi yazmağa məcbur edilib: "Belə şablon ərizələr tarixi qoyulmamaq şərti ilə hər bir işçiyə imzalatdırılıb.
İki aydır ki, işdən çıxmağıma baxmayaraq mühasibatlıq məndən haqq-hesab etmək istəmir. Cavabları da odur ki, pulumuz yoxdur, get , nə edirsən et. İdarənin mənə üç minə yaxın borcu qalıb. 2015-ci il dekabr ayınin əmək haqqı, tam 13 aylıq ezamiyyə pulum və 7 ilin məzuniyyət pulu mənə verilmir.
Ümumiyyətlə əmək məcəlləsinin aşağıdakı maddələri kobud şəkildə pozulub; Maddə 69,bənd 7; Maddə135,bənd 1,2; Maddə 144,bənd 2; Maddə 172,bənd 4,5; Maddə 178,bənd 1; Maddə 195,d)
Məni yeddi il məzuniyyətsiz işlədib, istismar ediblər. Heç olmasa indi o yeddi ilin məzuniyyət pulun verin. Sosial kartıma da pul tam köçürülməyib. 2013 və 2015-ci illərin pulu qeybə çəkilib. Əlbəttə ki, hüquqlarımı qoruya biləcək bütün dövlət orqanlarına müraciət etmişəm. Yəqin onların daha vacib işləri var. Hələ ki, iş tapa bilmirəm. Belə getsə özümə od vurub yandıracağam”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net