11 saylı "ZON"da məhkumlara yeni qadağa
Tarix: 8-02-2016, 14:04 | Çap et
11 saylı "ZON"da məhkumlara yeni qadağa
Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəsissəsində məhkumlar öz vəsaitləri ilə ərsəyə gətirdikləri idman zalından istifadə edə bilmirlər.

Bu barədə məlumatı Azinforum.az-a həmin "zon”dan yenicə azadlığa buraxılan məhkumlardan biri verib.

Onun sözlərinə görə, yeni rəis idman zalından istifadə üçün aylıq haqq qoyub:

"Mən uzun müddət həmin "zon”da cəza çəkmişəm. Əvvəllər bizə idmanla məşğul olmağa icazə vermirdilər. Səbəbini belə izah edirdilər ki, məhkum güclü olsa "nadzor”ları döyə bilər. General Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin olunandan sonra, idman zalının açılışına icazə verdi. Məhkumlar öz imkanları hesablarına bayırdan "zona” müəyyən idman qurğuları alıb gətirtdilər. Həmin vaxt Mədət Quliyev də idman zalına çoxlu sayda idman vəsaitləri hədiyyə etdi. İdman zalının müasir tələblərə uyğun şəkildə qurulması məhkumların asüdə vaxtının səmərəli keçirilməsinə böyük kömək edirdi. Hazırda isə, məhkumların böyük əksəriyyəti idman zalından istifadə edə bilmir. Səbəbi zal üçün aylıq pul ödənişi tələbinin qoyulmasıdır. Həmin aylığı rəisin "dnevalnisi” yığır. 11 saylı "zon” ciddi rejimli olduğu üçün ordakıların çoxu kasıb məhkumlardı. Bir neçə dəfə tutulan adamın yanına kim gələcək ki?

Hazırda "zon”dakı idman zalından ən çox istifadə edən vəhabi cərəyanına məxsus olan məhkumlardır. Çünki onların pul problemi yoxdur. Ümidvaram ki, bu problem tezliklə öz həllini tapacaq”.

Mövzu ilə bağlı Penitensiar Xidmətin də münasibətini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net