Siyəzən Magistral Qaz Kəməri İdarəsinə kim rəhbərlik edir?
Tarix: 18-12-2015, 09:46 | Çap et
Siyəzən Magistral Qaz Kəməri İdarəsinə kim rəhbərlik edir?
Əvvəlki yazımızda Qobustan şəhər 1 saylı tam orta məktəbin direktoru İmran Sabirovun yarıtmaz fəaliyyətindən bəhs edən bəzi açıqlamalar təqdim olunmuşdu. İlk növbədə təqdim olunan açıqlamalarda qeyd olunmuşdu ki, İmran Sabirov bir müddət bundan əvvəl hətta rayonun təhsil şöbəsinə də rəhbərlik edib. Lakin 2 il bundan əvvəl, işində yol verdiyi ciddi nöqsanlar səbəbindən tutduğu vəzifədən azad edilib. Bununla belə, hal-hazırda 70 yaşı olmasına baxmayaraq, İmran müəllim məktəb direktoru kimi çalışır. Eyni zamanda da məlumatı təqdim edən mənbələr direktorun yenə də, elə əvvəllər olduğu kimi müxtəlif maxinasiya və saxtakarlıqlarla məşğul olduğunu vurğulaymışdılar. Dövlət vəsaitlərinin mənimsənilməsilə bağlı maxinasiyaların reallaşmasında direktorun bilavasitəv iştirak etdiyini diqqət mərkəzinə çəkən mənbə bildirmişdi ki, bir müddət əvvəl, məktəbin təmiri vaxtı İmran Sabirov 40.000 manat dəyərində avadanlıqları sataraq, əldə olunan pulları mənimsəyib. Həmçinin məqalədə məktəb direktorunun tez-tez Tərxan adlı dostu ilə birgə Qobustan şəhərində yerləşən “Badamlıq” restoranında içki məclislərində vaxt keçirdiyi qeyd edilmişdi. Təbii ki, İmran Sabirovunyaxınlıq etdiyi iddia olunan bu şəxsin də kimliyi bizim marağımıza səbəb olmuşdu. Bu səbəbdən də, Tərxan adlı şəxsin barəsində də müəyyən araşdırma aparmaq qərarına gəldik. Bu günlərdə əldə etdiyimiz yeni məlumatlarda isə, İmran Sabirovun dostu olan bu şəxs barədə bəzi maraqlı açıqlamalar yer alıb. İlk növbədə qeyd olunur ki, Tərxan Mikayılov ARDNŞ-in Siyəzən Magistral Qaz Kəməri İdarəsinin rəisidir və bu idarə Qobustan şəhərində yerləşir. Məlumatda Tərxan Mikayılov kifayət qədər geniş maddi imkanlara malik, zəngin bir şəxs kimi təqdim olunur. Həm də bildirilir ki, o, bu zənginliyə əsasən rəhbərlik etdiyi idarənin resurslarını talamaqla nail olub. Bu xüsusda açıqlama verən mənbə vurğulayır ki, idarə rəisi Aslan adlı bir əməkdaşın vasitəsilə, müəssisəyə ayrılan yanacaq materiallarını mütəmadi olaraq oğurluq yolla idarədən çıxardaraq, həmin materialların rayon ərazisində yerləşən “avtomoyka”larda satışını təşkil etdirir. Bundan başqa isə, əldə etdiyimiz məlumatda Tərxan Mikayılova qarşı daha bir ağır ittiham irəli sürülür. Bildirilir ki, idarə rəisi həmçinin narkotik vasitələrin də satışını həyata keçirməklə məşğuldur. Bu xüsusda açıqlama verən mənbə vurğulayır ki, hələ beş il bundan əvvəl, Tərxan Mikayılovun oğlu Dövlət Sərhəd Xidmətində qulluq edərkən, İrandan narkotik maddələrin qaçaqmal yolu ilə ölkəmizə gətirilməsinə şərait yaratdığına görə həbs olumuşdur. Bu hadisədən iki il sonra isə, Tərxan Mikayılovun həyat yoldaşı Cəngi kəndində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və baxış keçirilən zaman onun üzərində narkotik vasitələr aşkarlanaraq, götürülmüşdür. Bütün bunlara baxmayaraq, idarə rəisinin sərvəti getdikcə artır. Mənbə bildirir ki, hazırda Tərxan Mikayılov həmçinin “Mersedes” və “Audi” kimi bahalı marka avtomobillərin son modellərinə də sahibdir. Eyni zamanda da, açıqlamada Tərxan Mikayılovu Qobustan şəhər 1 saylı tam orta məktəbin direktoru İmran Sabirovla yaxınlaşdıran bəzi məqamlara aydınlıq gətirilir. Bildirilir ki, bu şəxslərin dostluqları həm də ümumi biznes maraqları ilə möhkəmləndirilir. Belə ki, açıqlamaya görə dostlar bir neçə “avtomoyka” və avtotəmir müəssisəsinə şərikdirlər...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net