Ana Sayfa > Araşdırma > AZAL bizi nə qədər bahaya daşıyır?-CƏDVƏL

AZAL bizi nə qədər bahaya daşıyır?-CƏDVƏL


6-04-2015, 09:02. Yazar: admin
AZAL bizi nə qədər bahaya daşıyır?-CƏDVƏL
Azərbaycanın aviasiya şirkətinin qiymətləri Gürcüstandakılardan ən azı 4-5 dəfə bahadır

Son günlərin ən aktual müzakirə mövzularından biri də AZAL-ın sərnişindaşımada müəyyən etdiyi qiymətlərin əndazəsini aşması ilə bağlıdır. JAM.AZ xəbər verir ki, qonşu ölkələrin aviasiya şirkətlərinin müəyyən etdiyi uçuş qiymətləri ilə AZAL-ın qiymətləri arasındakı ciddi fərq isə artıq üzə çıxıb.

Sosial şəbəkələrdə Bəxtiyar Hacıyev tərəfindən yayılmış qiymət cədvəlindən də aydın görünür ki, AZAL şirkəti gürcülərlə azərbaycanlılar arasında ciddi fərq qoyur. Daha doğrusu, Gürcüstanda fəaliyyət göstərən aviasiya şirkətlərinin sərnişindaşıma qiymətləri ilə AZAL-ın müəyyən etdiyi qiymətlər arasında hətta 7-8 dəfə fərq var.

Hərçənd AZAL-ın mətbuat katibi iddia edib ki, "bizim qiymətlər baha deyil, bizim təyyarələr Avropa istehsalıdır". Cədvəldə isə bu sualın açıq şəkildə cavabı verilib. Məsələn, cədvəldə Bakıdan və Tbilisidən AZAL və digər hava yollarının qiymətləri göstərilib. Hər halda, Tbilisidən uçan LOT hava yolları Rusiya istehsalı TU-154 ilə uçmur. Nə də AZAL-ın Frankfurta uçuş vaxtı verdiyi yeməklə LOT-un verdiyi yemək arasında 486 AZN-lik fərq yoxdur.

Qeyd edək ki, mövcud vəziyyət onu deməyə əsas verir ki, AZAL inhisarçı şirkət olduğundan kənar şirkətlərin Azərbaycan bazarına girməsinə imkan vermir. Məhz bu səbəbdəndir ki, Wizzair, Ryanair, Pegasus, Onurair, Atlasjet kimi ucuz hava yollarına şərait yaratmır. Ki, Bakıdan Avropaya ucuz qiymətə uçmaq istəyən tələbələr, gənclər də bu uçuşlardan yararlana bilsin.

Geri dön