Ana Sayfa > Araşdırma > Seçkidən sonra bəzi nazirliklər ləğv ediləcək

Seçkidən sonra bəzi nazirliklər ləğv ediləcək


2-09-2015, 10:20. Yazar: admin
Seçkidən sonra bəzi nazirliklər ləğv ediləcək
Azərbaycanın neftdən gələn gəlirləri azaldıqca, manatın məzənnəsinin əvvəlki səviyyədə saxlanılması ciddi problemə çevrildikcə, dövlət aparatında ixtisarlar gündəmə gəlir.

Vertikal.az xəbər verir ki, “Azadlıq” qəzeinin bu mövzuda hazırladığı materialda bildirilir ki, təsadüfi deyil ki, millət vəkili Zahid Oruc parlament seçkisindən sonra bir neçə nazirliyin ləğv ediləcəyini və digərləri ilə birləşdiriləcəyini bildirib. Böyük neft pulları gəldiyi zaman nazirliklərin və komitələrin bir-birini təkrarlaması o qədər nəzərə çarpmırdı. Amma hökumət artıq ciddi maliyyə problemləri yaşadığından xərclərə ciddi ixtisarlar etməyi düşünür.

Bir-birini təkrarlayan strukturlar

Əgər əvvəllər hazırkı Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi daha aşağı statuslu departament idisə, daha sonra onun səlahiyyətlərini artırdılar. Amma sonra məlum oldu ki, komitə bir çox məsələlərdə digər nazirlikləri sadəcə olaraq təkrarlayır.

Və ya hazırda, demək olar, bütün nazirliklərin istintaq komitələri var. Bu isə bir çox hallarda lazımsız strukturdur. Dövlət hesabına açılan Ali Neft Məktəbi, Aviasiya Akademiyası da əslində digər ali məktəblərlə paralel fəaliyyət göstərir. Neft Kəmərlərinin Mühafizə Idarəsinin də ayrıca bir struktur kimi fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur.

Digər bir bərdxərclik Həmkarlar Ittifaqları vasitəsilə reallaşdırılır. Azərbaycanın regionlarında nazirlərə məxsus istirahət mərkəzlərinin çiçəklənməsi dövlət vəsaitləri hesabına baş verir.

Amma artıq bu xərclərə yenidən baxmaq məcburiyyəti yaranıb. Bəs, hökumət hansı xərcləri qayçılayacaq? Belə bir addımın atılması hansı fəsadlar yarada bilər?

Hesablama Palatası qənaətə səslədi

Qəzet yazır ki, əslində hakimiyyət təmsilçiləri də açıqlamalarında xərcləri kəsmək zorunda olduqlarını etiraf edirlər. Azərbaycan Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsinin proqnozlaşdırılmasında fəal iştirak edir. Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, palata dövlət büdcəsinin parametrləri ilə bağlı təkliflərini verib. “Biz həmçinin dövlət büdcəsinin son variantı üzrə rəyimizi də verəcəyik. Ümumilikdə biz dövlət vəsaitlərinin effektiv və qənaətli istifadəsini tövsiyə edirik. Biz dövlət borcunun idarə olunmasının optimallaşdırılmasını və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azalmasını da təklif edirik. Xatırladaq ki, ölkə qanunvericiliyinə görə, 2016-cı ilin dövlət büdcəsinin layihəsi sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim edilməlidir”. (fins.az)

İqtisadçı Qadir Ibrahimli bildirdi ki, Azərbaycanda artıq postneft dönəmi başlamaqdadır. Bu dönəmdə xərclərin optimallaşdırılmasının və dövlət strukturlarının yenidən təşkilinin gündəmə gəldiyini deyən Q.İbrahimli vurğuladı ki, ilk hədəf oxşar funksiyaları yerinə yetirən dövlət strukturlarının ləğvidir: “Diasporla Iş Üzrə Dövlət Komitəsinin ləğvi gündəmdədir. Komitənin ləğvi onun funksiyalarının Xarici Işlər Nazirliyinə verilməsini nəzərdə tutur. Bundan başqa, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi nəzərdə tutulur. Hər iki nazirlik eyni funksiyanı həyata keçirən sosial institutlardır. Eləcə də bir çox nazirliklər və dövlət komitələri var ki, onların fəaliyyətinin funksiyalarına yenidən baxmaq gərəkdir. Iqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti Departamenti eyni funksiyaları Dövlət Standrtlaşdırma Metrologiya və Patent Komitəsi məşğuldur. Güman ki, ikincinin funksiyaları ləğv edilərək Iqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək”.

Q.Ibrahimli bildirdi ki, postneft dövrü xərclərin ixtisarını tələb edir. Bu zərurətdən çıxış edərək bəzi nazirliklərin ləğvi, yenidən təşkili gündəmə gələ bilər.

Geri dön