Ana Sayfa > Araşdırma > Koronavirusun hansı şəraitdə yayıldığına dair tədqiqat aparılıb

Koronavirusun hansı şəraitdə yayıldığına dair tədqiqat aparılıb


24-07-2020, 19:45. Yazar: admin
Koronavirusun hansı şəraitdə yayıldığına dair tədqiqat aparılıb

Bu ilin may ayında Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Rheda-Vaydenbrük şəhərində yerləşən və “Tönnies” şirkətinə məxsus olan ölkənin ən böyük ət emalı fabrikində 1 500-dən artıq işçinin COVID-19 virusuna yoluxmasına dair elmi tədqiqatın nəticələri açıqlanıb.

“Report” Helmoltz Yoluxucu Xəstəliklərin Tədqiqatı Mərkəzinin (HZI) saytına istinadən xəbər verir ki, ölkənin cəmi üç nüfuzlu elmi mərkəzinin müştərək həyata keçirdiyi tədqiqatda ilkin olaraq bir nəfərdə olan virusun 8 metrdən artıq radiusda olan daha bir neçə işçiyə yoluxduğu bildirilir. Yoluxma hadisəsi mal ətinin doğrandığı, havalandırılan və 10 dərəcəyədək soyudulan məkanda baş verib. Halbuki epidemiyanın həmin mərhələsində mənzil şəraitinin əhəmiyyətli rol oynamadığı bildirilir.

Bununla yanaşı, virusun ardıcıllığına dair tədqiqatlar nəticəsində indiyədək ətraflı açıqlanmamış səkkiz mutasiyanın üzə çıxdığı da qeyd olunur.

“Bizim nəticələr ət emalı müəssisəsinin doğranma bölümündəki şəraitin, o cümlədən aşağı hərarətin, natəmiz hava verilməsinin, daimi havalandırmanın ağır fiziki əməklə yanaşı, böyük məsafə üzərindən SARS-CoV-2 zərrələrinin hava toz yolu ilə ötürülməsi üçün əlverişli olduğunu ortaya çıxarır. Çox güman ki, bu amillər ət və balıq emalı müəssisələrində epidemiyaların əmələ gələrək geniş yayılmasında mühüm rol oynayır. Həmin şəraitdə 1,5 - 3 metlik məsafənin ötürmənin qarşısını almaq üçün kafi olmadığı göz qabağındadır”, - deyə tədqiqat qrupunun rəhbəri, professor Adam Qrunhoff bildirib.
Geri dön