Ana Sayfa > Araşdırma, Manşet > "Azercell" müştərilərinin məlumatlarını xarici şirkətlərə satır - ARAŞDIRMA

"Azercell" müştərilərinin məlumatlarını xarici şirkətlərə satır - ARAŞDIRMA


25-09-2018, 09:06. Yazar: admin
"Azercell" müştərilərinin məlumatlarını xarici şirkətlərə satır - ARAŞDIRMA
“Azercell” müştərilərinə göstərdiyi xidmətilə yenə də gündəmdədir. Belə ki, artıq mobil operatorun müxtəlif oyunlar, kampaniyalar vasitəsilə istifadəçilərinin “cibinə girdiyindən” hər kəs xəbərdardır. Yenə eyni problemlə redaksiyamıza daxil olan şikayətə əsasən məsələni araşdırdıq və maraqlı faktlarla qarşılaşdıq.
“Kommersant.az” xəbər verir ki, nömrənizə, xüsusən də işinizə, maraq dairənizə görə mesajlar gəlirsə, deməli sizin mobil operatorunuz şəxsi məlumatlarınızı müxtəlif şirkətlərə ötürüb. Ən pisi isə odur ki, məlumatların ötürüldüyü şirkətlər tamamilə xairci şirkətlərdir. Bu şirkətlər arasında ən bəlalısı isə “NovoMedia”dır. Necə deyərlər, tutdusa, buraxmır. Sözügedən şirkətlə “Azercell”in əməkdaşlığı hansı səviyyədədir deyə bilmərik, amma “NovoMedia” vasitəsilə qoşulduğunuz oyun proqramları varsa, xilas olmaq çox vaxtınızı alacaq deməkdir.

Bu isə bir həqiqətdir ki, “Azercell” ölkədə mövcud olan ən köklü şirkətlərdənir. Amma təəssüf ki, kökü qədimə dayanan şirkətin iş prinsipi də deyəsən qədimdə qalıb. Bəli, internetdən danışırıq. Belə ki, “Azercell”in “Lte” adı ilə təqdim etdiyi 4G internetinin sürəti tısbağa yerişi desək, haqsızlıq olar, amma ən yaxşı halda nazlı pişik yerişindən daha sürətli deyil. Digər operatorlar fəaliyyətini inkişaf etdirdiyi halda, “Azercell” niyə məsələn, ötən ay olduğu kimi internetin sadəcə qiymətini qaldırmaqla kifayətlənir hər kəs üçün müəmmalıdır.

Təəssüf bu yazıyla biz sizin balansınızdan çıxılan vəsaitləri geri qaytara bilməyəcəyik. Amma nəzərinizə çatdırırıq ki, şikayətlərinizi hüquq mühafizə orqanlarına bildirə bilərsiniz. Məsələn, ötənlərdə hüquqşünas Aslan İsmayılov “Azercell”in lazımsız kampaniya və mesajlarla balansdan pul çıxarması faktını sübut edərək məhkəmədə şirkətə qalib gəlmişdi. Bildiyimiz qədəriylə hüquqşünas təzminat tələb etməmişdi. Amma bəlkə siz təzminat da ala bilərsiniz. Kim bilir?!

Son olaraq, sosial şəbəkələrdə “Azercell” deyə axtarış aparanda çıxan bütün “sitəmli” müzakirələrin nəticəsində müştərilər çıxış yolunu digər operatorlara keçməkdə görür. Sözügedən operatorların isə hansının fəaliyyəti daha ürəkaçandır bilmirik, amma yaxın günlərdə onlarla bağlı araşdırmamızı da sizə təqdim edəcəyik.

Geri dön