Ana Sayfa > Araşdırma > Əhəd Abıyev nazir müavini təyin olunur?

Əhəd Abıyev nazir müavini təyin olunur?


10-01-2017, 08:05. Yazar: admin
Əhəd Abıyev nazir müavini təyin olunur?
Bu gün mətbuatda yayılan məlumata görə, Daşkəsən rayon İcra Hakimiyyətinin başcısı Əhəd Abıyev tutduğu vəzifədən uzaqlaşdırılıb.

Daşkəsən rayon İcra hakimiyyətindən verilən məlumata görə, Əhəd Abıyev işlə əlaqədar Bakıya çağrılıb:

"Əhəd müəllim hazırda rayonda yoxdur, o, işlə əlaqədar Bakıdadır, müavinləri isə iş başındadır."

Xatırladaq ki, hələ bir müddət öncə Əhəd Abıyevin vəzifəsindən uzaqlaşdırılacağı barədə informasiyalar yayılıb.

Məlumatlara görə cəbhəyanı bölgəyə başçı təyin edildikdən sonra yüksək bacarığı və işgüzarlığı ilə ali rəhbərliyin etimadını qazanan Əhəd Abıyevin son zamanlar ciddi problemlər yaşayan Kənd Təsərrüfatı nazirliyinə müavin təyin ediləcəyi gözlənilir.

Geri dön