Ana Sayfa > Araşdırma > Suraxanı icra başçısına – Şok ismarıc

Suraxanı icra başçısına – Şok ismarıc


11-05-2016, 09:48. Yazar: admin
Suraxanı icra başçısına – Şok ismarıc
Paytaxtın Suraxanı icra hakimin başı xeyli vaxtdır dərddədir.

Vizual.az-ın yaydığı məlumata görə, İlqar Abbasov qeyri-rəsmi məclislərin birində söylədiyi sözə görə özünü işə salıb. İcra başçısının bir aydan çoxdur ki, dedikləri ciddi müzakirə olunur və yuxarı dairələrdə qəzəblə qarşılanıb.

İ.Abbasovun həmkarlarından birinin nəvəsinin ad günü məclisində mətbuatın məmurlardan yazmasından şikayətlənərək "Guya ölkə rəhbərliyi bilmir ki, biz nə edirik” deməsi mediaya sızıb və ajiotaj doğurub.

Suraxanı rayon rəhbəri özünü olduqca cəncəli bir vəziyyətə salıb və onun başı üzərində qara buludlar dolaşması haqda xəbərlər var. Deputatın Çingiz Qənizadənin bir neçə gün qabaq modern.az-a açıqlamasında deyilirdi ki, prezident icra başçılarını haqda mətbuatda gedən yazılarla tanış olduqdan sonra onları işindən azad edib. Millət vəkili son sərəncamlara işarə edərək, xüsusi ilə Cəbrayılın və Laçının icra başçılarını nəzərdə tutub.

Bu açıqlama kifayət edir ki, İ.Abbasovun eyni taleyi yaşayacağı ehtimal olunsun. Çünki onun çıxışı da çox qıcıq yaradıb. Hər halda məmurların lazımsız sözləri hər zaman onların başına bəla olub və təcrübə göstərir ki, belə xətalar bağışlanmır. Millət vəkilinin açıqlamasından da güman etmək olar ki, Suraxanı icra başçısı üçün "əcəl zəngi” çalına bilər.

Xatırladaq ki, bu haqda gunxeber.com yazıb. Saytın məlumatıan görə, emosiyalarına hakim ola bilməyən İ.Abbasov həmkarlarına təsəlli verərək mətbuatın yazdıqlarına əhəmiyyət verməməyə çağırıb.

Sayt başçının sözlərini yazıb: "Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq? Bilmirlər ki, söküb, dağıdırıq?”.

Təbii ki, bu çıxışın səs yazısı mətbuatda yayımlansa Quba hadisələrinin təkrarı da istisna deyil. Onsuz da Suraxanı sakinləri xirtdəyə qədər sosial problemlər girdabında çabalayır. Qarşı tərəfi dinləməyə hazırıq.

Geri dön