Yol polisindən Ramil Usubova şikayət
Tarix: 12-08-2015, 10:36 | Çap et
Yol polisindən Ramil Usubova şikayət
Paytaxt sakini Cahangir Əlibəyzadə polisdən şikayətçidir.

O, iyulun sonlarında redaksiyamıza yolladığı məktubda bu ayın əvvəlində yol polisinin onu aldatdığını bildirir: “Iyulun 6-da səhər saat təxminən 10.00 radələrində Tbilisi prospektindən Şəfaət Mehdiyev küçəsinə dönərkən yol polisi mənim maşınımı saxladı. O, piyada keçidi olmayan yerdə piyadaya yol vermədiyimi əsas gətirib protokol yazdı. Mən bununla razılaşmayıb protokola imza etməyəcəyimi, eyni zamanda protokola qeydlərimi yazacağımı bildirdim. Kiçik çavuş Xalid Idrisli bunun problem olmadığını dedi və mənim mobil nömrəmi götürdü. Bildirdi ki, 10 gün müddətində mənə zəng olunacaq, mən Bakı Şəhər Baş Dövlət Yol Polisi Idarəsinə çağırılacam və şikayətimə orada baxılacaq. Aradan bir həftə keçəndən sonra təsadüfən həmin ərazidə mənə protokol yazan polisi gördüm və heç kimin zəng vurmadığını bildirdim. O da yenə mənə narahat olmamağı və zəngi gözləməyi məsləhət bildi. Iyulun 27-də evə məktub gəldi və məktubdan bəlli oldu ki, həmin ”qayda pozuntusuna" görə 54 manat cərimə olunmuşam".

Şikayətçi qəzet vasitəsilə bir daha daxili işlər naziri Ramil Usubova müraciət edir, problemin ədalətli həllində köməyini əsirgəməməsini istəyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net