Mərdan Camalov Şirvanda Yataqxanalardakı mənzilləri satışa çıxarıb
Tarix: 1-06-2015, 18:03 | Çap et
Mərdan Camalov Şirvanda Yataqxanalardakı mənzilləri satışa çıxarıb
Şəhər və rayonlarda icra başçıları və müavinləri əsl yağmaya başlayıblar. Sanki parlament seçkisindən sonra vəzifədən gedəcəklərini bildiklərindəndir ki, rəhbəri olduqları rayon və şəhərlərdəki əllərinə keçən bütün əmlakı satmaqla məşğuldurlar.
Xalqxeber.Az-a verilən məlumata görə, Şirvan şəhirində «Pribor» zavodu kimi tanınan istehsal müəssisəsinin yataqxanası da icra başçısı Mərdan Camalov və müavini Elmira Ağayeva tərəfindən satışa çıxarılıb. Orada qaçqın ailələrinin yaşamasına baxmayaraq, icra başçısı göstəriş verib ki, zərurət yaranarsa, onları evlərindən çıxarsınlar. Satışa çıxarılmış yataqxanada isə bir mənzilin qiyməti 2-3 min manat dəyərindədir. Maraqlıdır ki, Şirvan rəhbərliyi orada yaşayanların taleyi ilə də maraqlanmır. Belə ki, faktiki olaraq yataqxanada məskunlaşmış ailələr icra hakimiyyətinin istədiyi pulu vermədikdə, oradan çıxarılır. Onların yerinə isə pul alınmış şəxslər gətirilir. Evindən çıxmaq istəməyən ailələr isə icra hakimiyyətinin göstərişi ilə Mənzil Təsərrüfat İdarəsi tərəfindən məhkəməyə verilir və zorla da olsa evindən çölə atılır. Bir sözlə desək Mərdan Camalov hökmranlığı Şirvan şəhərində davam edir.
Qeyd edək ki, həmin yataqxana uzun illər Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olub, artıq bir neçə ildir Şirvan şəhər icra hakimiyyətinin balansına verilib. Belə ki, icra hakimiyyəti həm zavodu, həm də onun nəzdindəki obyektləri nəzarətində saxlayır. Mərdan Camalov Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı olduğundan bu işdə əli çox geniş açılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net