Alimlər qorxulu yuxuların faydasını müəyyənləşdirdilər
Tarix: 28-11-2020, 05:42 | Çap et
Alimlər qorxulu yuxuların faydasını müəyyənləşdirdilər

Yuxular insanları potensial olaraq təhlükəyə hazırlamağa qadirdir.

“Report” xəbər verir ki, bu nəticəyə “Human Brain Mapping” jurnalında öz tədqiqatlarını dərc edən Cenevrə universitetinin alimləri gəlib.

Alimlər sınaq üçün yoxlanılan 18 nəfərdən hər birinə 256 tənzimləyici bağlayıblar. Onlar bundan sonra insanları gecə ərzində bir neçə dəfə oyadaraq nəsə qorxunc yuxu görüb-görmədiklərini soruşublar. Nəticədə məlum olub ki, beyində yuxu zamanı qorxu hissi üçün iki hissə var.

Sınağın növbəti mərhələsinin gedişatında alimlər bir həftə ərzində tədqiqat iştirakçılarından öz yuxularını yazmağı xahiş ediblər. Məlum olub ki, kim ki, gecə qorxulu yuxular görüb, ayıq zamanı qorxulu anları sakit qarşılayır. Ekspertlər bu nəticəyə gəliblər ki, qorxulu yuxular insanları təhlükəli vəziyyətə hazırlamaq baxımından faydalıdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-01-2021 10:31
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net