Koronavirusdan sağalanlardan alınan qan plazmasının effektsizliyi müəyyən edildi
Tarix: 10-09-2020, 10:11 | Çap et
Koronavirusdan sağalanlardan alınan qan plazmasının effektsizliyi müəyyən edildi

COVID-19-dan sağalanların qan plazmasının köçürülməsinə dair klinik tədqiqatlar bu prosedurun xəstəliyin şiddətinə və müddətinə az təsir etdiyini göstərib.

TASS-ın məlumatına görə, testin ilkin nəticələri “medRxiv” elektron elmi kitabxanası tərəfindən dərc edilib.

“Plazma köçürülməsi həqiqətən xəstənin orqanizmində viral RNT konsentrasiyasını azaldıb. Ancaq bu heç bir şəkildə xəstəliyin gedişatına, xəstələrin immun sisteminin xüsusiyyətinə və iltihab əleyhinə molekulların konsentrasiyasına təsir etməyib. Bu deyilənlər virusun neytrallaşdırılmasına baxmayaraq, terapiyanın niyə xəstələrdə nəticə vermədiyini izah edə bilər”, - deyə tədqiqatçılar yazırlar.

Eyni zamanda, alimlər plazma köçürülməsindən ciddi mənfi nəticələr qeydə almayıblar, hətta bir neçə müsbət təsiri müəyyənləşdiriblər. Belə ki, bu prosedur bir çox xəstəni öskürəkdən və yorğunluqdan xilas edib.

Bundan başqa, bədəndəki viral hissəciklərin sayını əhəmiyyətli dərəcədə azalıb. Alimlərin fikrincə məhz bu amil COVID-19 simptomlarının SARI-CoV-2 -nin çoxalması ilə deyil, immun sisteminin işinin pozulması ilə əlaqədar olduğunu bir daha sübut edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net