Bill Gates, koronavirusla bağlı yeni proqnozunu verib
Tarix: 11-08-2020, 21:33 | Çap et
Bill Gates, koronavirusla bağlı yeni proqnozunu verib

Bill Gates-in fikrincə pandemiyanın sonu artıq görünür. Lakin varlı ölkələr üçün o daha parlaq görünür. Həmin ölkələr normal həyat tərzinə artıq 2021-ci ilin sonunda qayıda biləcəklər. Yerdə qalan dövlətlər isə 1 il də gözləməli olacaqlar. Bununla yanaşı Bill Gates narahatdır ki, Rusiya və Çin hökumətləri öz vətəndaşlarına lazımi testlərdən keçməmiş vaksini vura bilsinlər. ABŞ-da bu cür hal mümkün deyil. Onun fikrincə vaksin digər ölkələr ilə müqayisədə ABŞ-da 4 ay sonra ortaya çıxsa bunda qorxulu heç bir şey yoxdur. Bu barədə Business Insider saytı xəbər verib. Bill Gates-in fikrincə koronavirusun yayılmasının qarşısını almaq və vaksinin hazırlanması üçün verilmiş səylər öz bəhrəsini verməyə başlayıb. Tunelin sonundakı işıq artıq görünür.

Lakin Bill Gates-in sözlərinə əsasən təəssüflər olsun ki, pandemiya tam şəkildə yarım ildən sonra yox il yarımdan sonra bitəcək.

“Diaqnostikanın əhatə sahəsini artırmaq üçün olan innovasiyaların inteqrasiyası, yeni terapevtik üsulların və vaksinlərin yaranması həqiqətən də diqqəti cəlb edir. Və bu cür hallar məni düşündürməyə vadar edir ki, varlı dövlətlərdə buna 2021-ci ilin sonunda qalib gələ bilərik. Ümumilikdə bütün dünyada isə bu, 2022-ci ilin sonuna bitəcək” - deyə Bill Gates qeyd edib.

Technote.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net