Hansı iPhone modelləri iOS 14-ü əldə edəcəklər?
Tarix: 24-06-2020, 21:12 | Çap et
Hansı iPhone modelləri iOS 14-ü əldə edəcəklər?

Dünən keçirilmiş WWDC 2020 tədbirinin əsas diqqəti məhz iOS 14 əməliyyat sisteminə yönləndirilmişdi. Apple şirkəti yeni iOS versiyasında bir sıra vacib dəyişikliklər reallaşdırıb. Tədbir çərçivəsində şirkət iOS 14-ün stabil versiyasının istifadəyə veriləcəyi tərqribi vaxtı qeyd etmişdi. Daha sonradan isə şirkət bu əməliyyat sistemini əldə edəcək iPhone modellərinin siyahısını da açıqladı. Siyahı ilə aşağıdakı fotodan tanış ola bilərsiniz.

İnsayderlərin əvvəlcədən də güman etdikləri kimi keçən il iOS 13-ə kimi yenilənmiş bütün iPhone modelləri iOS 14-ü əldə edəcəklər. Şirkətin verdiyi məlumata əsasən 2015-ci ildə təqdim edilmiş iPhone 6s və iPhone 6s Plus modellərindən başlayaraq bütün iPhone modelləri iOS 14-ə kimi yenilənəcəklər. Siyahıya həmçinin iPhone SE, iPhone SE (2020) və iPod Touch 7 də daxildirlər. Qeyd etmək lazımdır ki, iOS 14-ün stabil versiyası bu ilin payız fəslində istifadəyə veriləcək. İstifadəçilər artıq gələn aydan etibarən yeni əməliyyat sisteminin beta versiyasında iştirak edə biləcəklər.

Technote.az

Hansı iPhone modelləri iOS 14-ü əldə edəcəklər?




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net