Azərbaycandan Gürcüstana pul köçürmələri bu il 49% artıb
Tarix: 15-06-2020, 12:29 | Çap et
Azərbaycandan Gürcüstana pul köçürmələri bu il 49% artıb
Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan Gürcüstana 12,2 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da illik ifadədə 48,7% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib. Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 5,6 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin ilk 5 ayı ilə müqayisədə 5,6% çoxdur.

Xatırladaq ki, ötən ilin ilk beş ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 8,2 mln. dollar olub, Gürcüstandan Azərbaycana isə 5,3 mln. dollar dəyərində pul köçürülüb. Təkcə cari ilin may ayında isə Azərbaycandan Gürcüstana 3,6 mln. dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 85,1% çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 2,7%-nə bərabərdir.

Bildirək ki, may ayında Gürcüstandan Azərbaycana pul köçürmələri isə 1,2 mln. dollar təşkil edib. Cari ilin may ayında Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 131,8 mln. dollar təşkil edib ki, bu da illik ifadədə 9,6% və ya 13,9 mln. dollar azdır.

Səid Babazadə





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net