Əli Kərimlinin mətbəxindəki qırmızı koronavirus... - Replika
Tarix: 10-06-2020, 15:55 | Çap et
Əli Kərimlinin mətbəxindəki qırmızı koronavirus... - Replika
Azərbaycan müxalifəti böyük, vahid mətbəxə çevrilib. Lap Brejnev vaxtlarının məşhur Moskva Borisov dissident mətbəxinə oxşasa da. Ancaq budur, yeni minillikdə, qərb cameəsinin baza aksioloji düzənini pozan yeni çoxqütblü dünya şərtlərində retroqrad dissident mətbəxi komik mənzərədir.

Qərb dünyasının dominant mənəvi-ideoloji dəyər oriyentirlərini yuyub silən mənəvi tranziti vahid dəyərlər məkanını da parçaladı, siyasi qərarların qəbul edilməsinə öz təsirini göstərdi. Hakimiyyətin stabil və ağlasığan siyasi sistemin möhkəmlənməsinə yönələn sosial məsuliyyəti dünya siyasi sisteminin aktyorları üçün daha böyük əhəmiyyət kəsb edir, nəinki fərdi azadlıqların təzahürü və ifadəsi. İnsanlar küləyə qarşı gedirlər, amma münasib olmayan vaxtda...Bəli, bu yeni dönəmdir, yeni ayrıcı xətdir, siyasi dünyanın yeni fəlsəfəsidir...Ağlasığanlıq və stabillik dünya siyasi və iqtisadi hökmranlığı uğrunda sərt qarşıdurma şərtlərində daha kəskin aktuallıq kəsb edir, nəinki Qərbdə QULAQ-da baş verənlər haqda açıqlamalar danışan dissidentin qəfil peyda olması.

Hələ də dünya liberal həmrəyliyinə və xəyalətsayağı permanent inqilabların illüzor lokomotivlərinə ümid bəsləyən Azərbaycan müxalifəti bu başlıca qlobal siyasi transformasiyanı dərk etmək qabiliyyətində deyil.

Milli demokratlar-uzağı görməyən və miskin siyasət naşıları dünya siyasətinin reallıqlarını nəinki başa düşmür, üstəlik onlarla barışa da bilmir. Və siyasi evolyusiya yaddan çıxmış dünyanın qəhrəmanlarından kəskincəsinə yan keçib. Kor-koranə inkar və xaotik, başıpozuq etirazlar özünü inert ictimai protestin ifadəçiləri hesab edənləri Borisov mətbəxinə doldurub. Özlərinin hakimiyyətə kor-koranə nifrəti ətrafında dekorativ kağız-virtual təşkilatlarda birləşmiş bir yığın adam siyasi fəaliyyəti və mübarizəni müasir Borisovun-Əli Kərimlinin mətbəxində mənasız və axmaq söhbətlərə çeviriblər.

İnternetdə hakimiyyətdən xoşu gəlməyənlərin yığnağının virtual söhbətinin daha iki videoyazısı yayılıb. Son dövrlər mətbəxdəki “inqilab komitəsi” öz iclaslarını açıq efirdə aparırlar. Maraqlı tamaşadır. Və əgər biz əvvəllər hesab edirdiksə ki, müxalifət “dünya imperialist müharibəsini vətəndaş və qardaş qırğını müharibəsinə çevirmək” barədə qızğın nəzəri mübahisələr aparır, amma internetdə yayılmış iclas videoları bizim gözləntilərimizi tam yanıltmış oldu. Bu ki, adı qeybətdir!

Budur, Vaşinqton “okoşkasından” Cəmil Həsənli boylanır-Milli Şuranın rəhbəri. Burada Fransadan Qənimət Zahid də var. Və həmin Rahim Hacıyev-Kərimlinin dəyişməz tərəfdaşı, hansı ki, o da çoxdandır Qərbdə məskunlaşıb. Haradasa divanda İslam partiyasının lideri də uzanıb. “Revkom”dan olan yoldaşlara Bakı protest fəalları da qoşulurlar. Həmin bu opportunist Gültəkin Hacıbəyli və onun digər partiya yoldaşları.

Müxalifətçilər hakimiyyətin ölkənin taleyüklü problemləri ətrafında dialoqa başlamaq çağırışını müzakirə edirlər. Bir neçə ay əvvəl prezident bütün siyasi qüvvələri belə dialoqa başlamağa çağırmışdı. Adama elə gələrdi ki, bu gözəl ideya, çoxdan gözlənilən təşəbbüs ümumilli konsensusa aparan yol kimi bütün sivil müxalifət qüvvələrinin gözlədiyidir.

Əli Kərimlinin mətbəxindəki qırmızı koronavirus...

Lakin budur, müxalifətin ideya rəhbəri, alim və tarix professoru sayılan Cəmil Həsənli siyasi dialoq barədə lağlağı ilə danışır. Bundan əlavə, hakimiyyətlə bir masa arxasına oturan qüvvələri “əski parçası” adlandırır. “Kim ki, bu təklifi qəbul edib, ayaqqabı təmizləmək üçün istifadə olunan əski parçasıdır”,-yeni tarixin qəribə professoru özünəxas jarqona keçir. Sual olunur, axı dialoqa çağırış qərb siyasi mədəniyyətinin parlaq təzahürü olaraq siyasi və sosial münasibətlərin harmonizasiyası məqsədini güdür. Deməli hakimiyyət nümayəndələri ilə dəyirmi masa arxasına oturmaq pol və ya ayaqqabı əskisinə çevrilmək deməkdir?

Ancaq Gültəkin Hacıbəyli daha da uzağa gedir, pıqqıltı ilə gülərək mətbəx “revkom”unun üzvlərinə inəyin və öküzün qanının fərqi barədə danışır. Keçmiş “qırmızı yapoçka” hesab edir ki, öküzü buynuzundan tutmaq lazımdır!

Və aşağı səviyyəli siyasi mədəniyyətin bu ürəkbulandıran atmosferində Rahim Hacıyevin səsi eşidilir. R.Hacıyev qərbli diplomatlarla söhbətlərinə istinad edərək xüsusi qeyd edir ki, onların qiymətləndirmələrinə görə Azərbaycan müxalfətçiləri intizamsızdır, söhbətin predmetindən kənar çox danışırlar. Müxalifətçilərin düşüncə səviyyəsi özünü təkcə qərbli diplomatlarla söhbətdə göstərmir, eyni zamanda Əli Kərimlinin mətbəxinin hüdudlarında da görünür, hansı ki, onun özü iclas zamanı daha çox susur və hiyləgərcəsinə gülümsəyir.

Bəs Xalq Cəbhəsinin özünün Ali Şurasının iclasındakı atmosfer hansı ürəkbulanmaya səbəb olur?! Kərimlinin partiyasının ali orqanının iclasından olan ikinci video sadəcə olaraq rüsvayçılıqdır. Təshildən kasad boşboğazlar, senzuradan kənar hansısa kənd qaloşlular, yumşaq desək, qəribə sifətlər...Bu vəhşi sürü hansı formada Azərbaycan siyasətinə gəlib çıxıb axı? Və siyasətə gəliblər ki? Rus klassikində olduğu kimi? Şərəf alçalacaq, alçaqlıq yüksələcək, allahsız ev ictimai yığıncağa çevriləcək. Və siyasi nəslin sifəti bax beləcə dəhşətli olacaq.

Əli Kərimlinin mətbəxindəki qırmızı koronavirus...

Bu qorxunc tör-töküntü müxalifət sıralarındakı vəziyyəti müzakirə edir. Hansısa simasız müsavatçılar-digər radikal müxalifət partiyasının fəalları haqda danışırlar, birinə “alkaş” deyirlər, digərinə “ayaq mazı” deyirlər (bunu müxalifətçi jurnalist Mustafa Hacıbəyli haqda deyirlər)...Aman Allah, bunlar nə epitetlərdir?! Efirdə ancaq söyüş və qeybət var. Kərimlinin tərəfdaşları həm də internetdə rəqib siyasi partiyanı əzmək barədə fikirləşirlər. Yəni bu həmin qırmızı vəbadır, daha dəqiq desək, qırmızı koronavirusdur, onlar nəinki hakimiyyətlə dialoqa hazır deyil, eyni zamanda barışmaz müxalifətin digər qanadı ilə də danışmaq istəmirlər. Sual olunur, bu siyasi boşboğazlar sosial strukturda öz yerlərini necə tutacaqlar və siyasi status-kvonu dəyişdirəcəklər? Hansı düşüncə ilə? Hansı sifətlə? Üstəlik diskussiyanın iştirakçılarından biri Müsavat partiyasını-cəbhəçilərin əbədi düşmənini simasız partiya və siyasi zibil adlandırır.

Bütün bu iyrənc səhnədən sonra adamda ölkənin gələcəyi üçün qorxu hissi yaranır. Bu düşüncəyə gəlirsən ki, həmin bu mətbəxin sovet dissidentlərinin hüdudsuz intellektual və ruhi söhbətləri ilə heç bir əlaqəsi, bənzərliyi yoxdur. Bu, sadəcə olaraq psevdodemokratik düşüncənin anadan gəlmə forması və zirzəmi qaraguruhunun şıltaqlığıdır...
Eynulla Fətullayev
virtualaz.org




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net