Gözümüzdə böyütdüyümüz qapanma günlərini səmərəli keçirməyin yolları - MƏSLƏHƏT
Tarix: 6-06-2020, 11:37 | Çap et
Gözümüzdə böyütdüyümüz qapanma günlərini səmərəli keçirməyin yolları - MƏSLƏHƏT

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, bu gün, saat 00:00-dan etibarən küçəyə çıxmaq qadağası qüvvəyə minib. Həftəsonu insanların küçəyə çıxması tam şəkildə məhdudlaşdırılıb.

Həftəiçi çalışanlar istirahət üçün həftəsonunu iplə çəkirdi. Bu dəfə isə hər kəs istirahətini kafedə, parkda, məşhur restoranlardan birində deyil, öz evində dəyərləndirməli olacaq. Bəs sərt karantin günlərini necə rəngarəng etmək olar?

Oxu.Az qapanma günlərini daha da əyləncəli edəcək bir neçə variant təqdim edir.

Belə ki, “Küçəyə çıxmaq qadağasını necə səmərəli dəyərləndirə bilərik?” sualı ilə “Facebook” istifadəçilərinə müraciət etdik.

İstifadəçilərdən maraqlı cavablar gəldi. Məsələ ilə bağlı fikirlər müxtəlif oldu. Kimi ev təmizləyəcəyini, kimi film izləyəcəyini, kimisi isə xarici dil biliklərini daha da təkmilləşdirəcəyini dedi.

Uzman psixoloq Ceylan Şəkərci evdə daha çox vaxt keçirəcəyimiz günlərdə beynimizi dincəltməyə, eləcə də, əylənməyə yardım edəcək məsləhətlər paylaşıb.

Davamlı olaraq eyni şeyləri təkrarlamaq bir müddət sonra həyat enerjimizi azaldır və motivasiyamız aşağı düşür.

Kiçik toxunuşlarla evinizin aurasını dəyişdirin.

Yaşadığımız vəziyyəti fərqli tərəfdən nəzərdən keçirməyə cəhd edək. Bəzi əşyaların yerini dəyişdirə bilər, dolaba qoyduğumuz aksesuarları yenidən dəyərləndirə bilərsiniz. Geyimlərə fərqli rəng qatıb, qeyri-adi makiyaj sənətini öyrənə bilərsiniz.

Musiqini açın və rəqs edin

Günün bəlli bir saatını rəqs saatı olaraq müəyyən edə bilərsiniz. Musiqinin səsini bir az daha açın. Sadəcə, dinləyin və rəqs edin. Ana-atasını rəqs edərkən görən uşaqlar inanılmaz xoşbəxtlik hiss edirlər. Bir tərəfdən də uşağınıza “Problem yoxdur, xoşbəxtik və bərabərik” mesajını verirsiniz.

Uşağınızla birlikdə mətbəxə girin

Bir də məsələnin mətbəxt qismi var. Uşağınızla birlikdə mətbəxə girin. Fərqli reseptlər sınayın. Uşağınızla birlikdə kağızdan kiçik papaqcıqlar hazırlayın. Bir keks hazırlamaq müddətində belə müharibə meydanına çevrilən mətbəxinizi gözünüzdə böyütməyin. Evdəsiniz, təmizləmək üçün vaxtınız çoxdur.

Makaronları boyayıb, aksesuar olaraq bir-birinin yanına düzün. Sonradan onları yapışdıraraq, bir şəkil çəkin. Makaron, noxud, düyü, lobya uşaq fəaliyyətlərinin əsasını təşkil edir. Onları sayın, düzün, yapışdırın, boyayın, sonra da bişirin.

Oxuduğunuz hekayələrin davamını siz gətirin.

Ailəcə kitab oxuyun. Kiçik uşaqları olan ailələrdə bəyəndiyiniz qısa bir hekayəni ortasına kimi oxuyub, sonunu siz yazın, xəyal gücünüz çalışsın, istəsəniz, bir qədər də improvizə edə bilərsiniz.

Film gecələri təşkil edin.

Uşaqlı ailələrdə animasiya filmləri ortaq zövqlərə daha çox xitab edə bilir. Evdə “popkorn” hazırlayın. İşıqları söndürün və telefonlarınızı bir kənara qoyun. Gələn mesajlara, digər bildirişlərə baxmayın. O bir saat yarımlıq vaxtınızı zehninizi boşaltmaq üçün istifadə edin. Onlayn muzeyləri gəzin və konsertlərə qulaq asın. Çox şanslısınız, dünyanın bir çox nöqtəsindəki muzeyləri evinizin komfortunda ziyarət edə bilirsiniz.

Günü dəyərləndirin

Gün sonunda ailəcə günü dəyərləndirmək üçün toplanın. Gün necə keçdi? Ağlından keçənlər, davamlı olaraq hiss etdiklərin nələrdir? Ən çox nə üçün və kimlər üçün darıxdın? Bu toplantıda fikirlərinizi, duyğularınızı açıq şəkildə paylaşın. Uşaqların mənfi duyğularını da qəbul edib, dilə gətirə bilən böyüklərə ehtiyacları olduğunu unutmayın.

Bundan başqa, baxmayaraq ki, bəzi ölkələrdə karantin rejimi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub, əvəzində tam təhlükəsizlik şəkildə mədəniyyət mərkəzilərini, muzeyləri onlayn ziyarət etmək mümkündür.

Həm də karantinlə bağlı olaraq ləğv edilən opera-balet, şou proqramlarını onlayn şəkildə, üstəlik, ödənişsiz izləmək mümkündür. Bunun üçün aşağıdakı linklərə daxil olmağınız kifayətdir:

Ermitaj muzeyi - https://bit.ly/39VHDoI

https://bit.ly/33nCpQg

Metropolitan Opera, Nyu-York - https://bit.ly/2TTSr1f

Opera Viena - https://bit.ly/39OINlQ

“Google” İncəsənət və Mədəniyyət layihəsi - https://artsandculture.google.com/

Amsderdamda “Van Gogh” muzeyinə virtual səyahət - https://bit.ly/2TRdiSQ

Tretyakov Qalereyası - https://artsandculture.google.com/…/the-state-tretyakov-gal…

Vyanada İncəsənət Tarixi Muzeyi - https://bit.ly/3d08Zfm

Uffizi Rəqəmsal Arxiv - https://www.uffizi.it/en/pages/digital-archives

Luvr Muzeyi - https://bit.ly/2WciGBi https://www.louvre.fr/en/media-en-ligne

Dövlət Rus Muzeyi (Sankt-Peterburq) - https://bit.ly/2IOQDjq

İnternetdəki ən böyük kolleksiyalardan biri olan, 3,5 milyondan çox eksponatı olan İngilis Muzeyi - https://www.britishmuseum.org

Britaniya Muzeyinə “YouTube” kanalı üzərindən səyahət - https://www.youtube.com/user/britishmuseum

11 mindən çox əsərin, fotoşəkillərin olduğu Prado tematik axtarış sistemi- https://www.museodelprado.es

Vatikan Muzeyləri - http://www.vatican.va/various/cappelle/sistina_vr/index.html

Metropoliten muzeyi - https://www.metmuseum.org

Nyu-Yorkda Müasir İncəsənət Muzeyinin 84 mindən çox əsərini onlayn izləmə şansı - https://www.moma.org/collection/…

Solomon Guggenheim Muzeyi - https://www.guggenheim.org/collection-online

Salvador Dali Muzeyi - https://bit.ly/33iHVmX

NASA video qalereyası - https://www.nasa.gov/co…/ultra-high-definition-video-gallery

Smitson muzeyi - https://www.si.edu/exhibitions/online

Krakov Milli Muzeyi - https://bit.ly/3d29dT0

Budapeştdə Gözəl Sənətlər Muzeyi - https://bit.ly/3d08L80

Nyu-York muzeylərində kolleksiya müəlliflərinin, sənətkarların hekayələri - https://34travel.me/post/nyc-museums

Azərbaycanlı psixoloq Fuad Əsədov da insanları həftəsonu tətbiq ediləcək karantin rejiminə ciddi əməl etməyə, mövcud vəziyyətdən maksimum faydalanmağa çağırıb. O bildirib ki, iki günlük məhdudiyyət elə də uzun müddət hesab olunmamalıdır:

“Hazırda yeni bir rejimə keçid edirik və bu rejimə görə həftəsonları evdən çıxmaq olmaz. İndidən bəzi insanlar düşünməyə başlayıblar ki, bu iki gündə sıxılacağıq və narahat olacağıq. Amma nəzərə alaq ki, iki gün o qədər də çox vaxt deyil.

Hər gün bir neçə saatlıq məşğuliyyət tapmaqla günün necə keçdiyini hiss etməyə bilərsiniz. İnsanlar ona görə narahat olur ki, edə biləcəklərindən daha çox edə bilmədiklərinə fokuslanırlar.

Məsələn, bir insan həftəsonları dostları ilə görüşürsə, indi bunu edə bilməyəcəyini düşünərək, pis olur. Amma hər bir insanın tək və evdə edə biləcəyi bir çox şey var ki, onları etsə, çox gözəl vaxt keçirmiş olacaq.

Ola bilsin ki, bəzi insanlar təklikdə edib, zövq alacaqları məşğuliyyətləri hələ kəşf etməyiblər. İndi düşünsünlər. Hər birimiz nə vaxtsa “İş-gücdən başım açılsaydı, bunu edərdim” demişik. Bax indi, tam zamanıdır. Evdə oturun və özünüzə sərf edin zamanınızı.

Kitab oxuya, film izləyə, seriala başlaya, ailə üzvləri ilə stolüstü oyunlar oynaya, virtual kurslara və təlimlərə qatıla, videooyunlar oynaya bilərsiniz. Edə biləcəyiniz şeylərin siyahısı genişdir. Sadəcə, bunları edərək gözəl iki gün keçirə bilərsiniz. Ən sevdiyim kitabları da tövsiyə edə bilərəm.

Roman oxumaq istəyənlərə Stefan Kinqin “11.22.63”, Den Braunun “Mələklər və İblislər”, Con Verdonun “Ağlında bir say tut”, Karl Saqanın “Mesaj” kitablarını məsləhət görürəm.

Elmi ədəbiyyata maraqlı olanlara isə Dean Burnettin “Axmaq beyin”, Devid İqlmənin “İncognito”, Riçard Davkinsun “Yer üzündəki ən böyük tamaşa”, Hararinin “21-ci əsr üçün 21 dərs”, Karl Saqanın “Kosmos” əsərlərini tövsiyə edərdim.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net