“Azercell”in müştərilərdən oğurladığı fantastik pullar
Tarix: 1-03-2018, 15:03 | Çap et
“Azercell”in müştərilərdən oğurladığı fantastik pullar
Müştərilərinin "Azercell”dən narazı olduğu əsas məsələlərdən biri də internetdir. Əksəriyyət "Azercell” abunəçisi bu mobil operatorun internet xidmətlərinin son 1 ildə bərbad hala düşdüyündən şikayətlənir, bəziləri isə internet tariflərinin həddən çox yüksək olduğunu bildirir.

Lakin əsas məsələlərdən biri internet paketi olmadan internetdən istifadə edən zaman tətbiq olunmuş qiymətlərdir. Şirkətin bu sahə üzrə fantastik qiymətləri sadə müştərilərlə yanaşı, ekspertlərin də diqqətini çəkib.

BakuPost xəbər verir ki, internet sahəsi üzrə ekspert Rəşad Əliyev "Azercell”dən göndərilmiş aksiya mesajından çıxış edərək qiymətlərin fantastikliyini misallarla göstərib.

"Həftədə bir neçə dəfə aksiya mesajları atıb interneti sudan ucuza təklif edən "Azercell” paketə qoşulmayan telefondan 1 MB = 0.4 manat tarifi ilə pul qazanır. Mənə çox maraqlıdır ki, bu necə olur? Belə çıxır ki, 5GB ( 5000 x 0.4) internet istifadə etmək üçün 2 min manat ödəniş olunmalıdır!? Bu məsələ hansı tarif cədvəlinə uyğundur?

"Azercell”dən aksiya mesajı gəlib. 50 GB = 4 manat! Ancaq tarif cədvəlinə görə isə bu pula sadəcə 1 neçə şəkil aça bilərsiniz. Yəni cəmi 10 MB (1mb = 0.4 manat)”.

Əsas məsələ isə müştərinin götürdüyü internet paketin bitməsindən sonra başlayır. Yəni, əgər siz 5 GB-lıq internet paketi bitirmisinizsə, telefonunuz avtomatik internetə qoşulur. Sizin xəbəriniz olmadan, hətta telefonunuza əl vurmasanız belə şirkət interneti 1mb = 0.4 manatdan hesablayır və sonda məlum olur ki, siz "Azercell”ə borclu qalmısınız”.

R. Əliyev "Azercell”in tarifsiz internetə avtomatik qoşulmanı ləğv etməli olduğunu deyir: "Qiyməti yazırlar, razıyam, ancaq Müştəri Xidmətləri bunu söndürüb ləğv edə bilmədiyini deyir. Tarifsiz internetə qoşulmasın telefon. Ay Azercell, istəmirəm qoşulmasın! Cavab "bu mümkün deyil” olur. Bəs necə olur axı? Telefonda hansısa bir yenilənmə gedəcək və mən 100 manat əlavə ödəniş edəcəyəm buna görə? Bu aldatmanın yeni adı deyil, nədir?”

Ekspertin sözlərinə görə, bu yolla "Azercell” onlarla müştəridən 50-100 manat məbləğində ödəniş alıb: "Mənim kimi onlarla xəbəri olmadan boş yerə 50-100 manatlar ödəyənlər var. Bu kütləvi hal aldıqda çox ciddi rəqəmdir”.

Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bu sahədə çox ciddi problemlərin olduğunu deyib:

"Düşünürəm ki, nəinki "Azercell”in , ümumiyyətlə bütün mobil operatorların internet xidmətləri ilə bağlı ciddi problemlər var. Təəssüf ki, tənzimləyici qurum və istehlakçıların hüquqlarını qoruyan müvafiq Dövlət Xidməti də ya bu məsləyə etinasızdır, ya da maraq toqquşmaları var.

Fikrimcə, problemi ictimailəşdirib gündəmdə saxlamaq və qanunvericilik istiqamətində də addımlar atmaq doğru olardı.

Yeri gəlmişkən, bildiyim qədər "Azercell”in, elə NRYTN-nin də nümayəndələri Barselonada, MWC 2018 tədbirlərinə qatılıblar. Güman edirəm ki, bu narazılıqların nəzərə alıb, özləri üçün bir nəticə çıxardacaqlar”.

“Azercell”in müştərilərdən oğurladığı fantastik pullar





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net