SİRLİ OLİQARX - Nuru Əliyev: - fotosunu tapana mükafat düşür (ARAŞDIRMA)
Tarix: 12-07-2017, 17:02 | Çap et
SİRLİ OLİQARX - Nuru Əliyev: - fotosunu tapana mükafat düşür (ARAŞDIRMA)
Azərbaycanda çirkli pullarla oliqarxiyanın zirvəsinə dırmaşanların xəzan dövrü başlayıb desək yanılmarıq.

Ziya Məmmədov, Hafiz Məmmədov ("Hafka"), Hacı İbrahim, Heydər Babayev, Cahangir Hacıyev, habelə "Beynəlxalq Bank" işi ilə bağlı həbsə atılan çoxsaylı şəxslər... Onlarını və adları bu yazıya sığmayacaq qədər çox olan bir çox oliqarxların günəşi artıq ya tamamilə sönüb, ya da lsa-olsa sısqa bir közərtiləri qalıb.

Ölkənin ən böyük məmur oliqarxı Kəmaləddin Heydərov haqqında da son aylar müxtəlif şayiələr dolaşmaqdadır. Hiss olunur ki, onun da "günəşi"nin istisi daha yandırmır... Hətta yayın bu qızmar çağında belə...

Lakin ölkədə bəlli məmur-oliqarxlardan savayı, bir əli büdcədə, bir əli bizim cibimizdə olan keçmiş məmur- oliqarxlar da az deyil. Belələrindən biri də bir vaxtlar gömrük orqanlarında fırtınalar əsdirən, hazırda isə "Nurgün" Holdinqin rəhbəri olan Nuru Əliyevdir.

SİRLİ OLİQARX - Nuru Əliyev:

NURU ƏLİYEV KİMDİR?

Ötən əsrin 90-cı illərinin əvvəllərində qurulan "Nurgün" Holdinq və onun rəhbəri Nuru Əliyev haqqında nə bilirik? Bu holdinqə və onun qollarına məxsus şirkətlərin saytlarına baş çəkəndə qəribə mənzərə ilə rastlaşırıq.

Sanki bu şirkətlər və onların rəhbərləri hansısa məxfi işlərlə məşğul olur. Holdinqə məxsus heç bir saytda nə holdinqin rəhbəri, nə rəhbərliyində təmsil olunan şəxslər haqqında bir cümlə də olsun məlumat yoxdur. 20 ildən artıq Azərbaycan bazarında çalışan, iri layihələrdə pay sahibi olan bir şirkətin rəhbərliyi haqqında ictimaiyyətə açıq informasiya təqdim edilməməsi hansı məntiqə uyğundur?

Holdinqin sahibi Nuru Əliyev ətrafında isə əməlli-başlı sirr haləsi var. Azərbaycan internet məkanını ələk-vələk eləsək də, bu şəxsin nə fotosu, nə bioqrafiyası, nə haqqında doğru-dürüst bir məlumata rast gəlmədik.

Kimdir Nuru Əliyev? Özünü cəmiyyətdən və xalqdan niyə gizlədir? Hansı günahların, əməllərin yiyəsidir ki, belə qorxunc bir fobiyaya tutulub?

MƏTBUAT ONUN HAQQINDA NƏ YAZIR?

Nuru Əliyev haqqında rəsmi məlumatlar olmadığından mətbuatda yazılanlar əsasında onun portretini cızmağa çalışaq:

Azərbaycan yeni müstəqillik qazanan illərdə Nuru Əliyevin aeroportda gömrük rəisi olduğu bildirilir. Burada qısa müddətdə varlanan N.Əliyev indi ölkənin ən böyük holdinqlərdən birinə çevrilən şirkətin əsasını qoyur. Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin disribütorluğunu alaraq ölkəyə keçirib qısa müddətdə fantastik dərəcədə varlanmağa şərait yaradır. nun ölkəyə gətirdiyi məhsulların spektri o qədər geniş idi ki, adam heyrətlənməyə bilmir. Çoxsaylı xarici avtomobil brendlərindən tutmuş, siqaretlərə qədər...

Daha sonra onun №gələcəyini və biznesini" sığortalamaq məqsədi ilə müxalifətin hansısa qanadını himayə etməsi ilə bağlı məlumatlar ortaya çıxdı. Media yazır:

"Son vaxtlar isə onun (Nuru Əliyevin - red.) bəzi siyasi qüvvələrlə əlaqələrinin olduğu üzə çıxıb. Onun müxalifətin bir qanadı ilə yaxınlıq etməsi, hətta həmin qanada müəyyən dövrlərdə maliyyə dəstəyi verməsi də bəlli olub. Bu faktların meydana çıxması qoruyan "əllərin" ondan imtina etməsinə səbəb olub. Və qısa müddətdə N.Əliyevə məxsus bir çox məşhur brendlərin distributorluğu əlindən alınıb: "Hətta vaxtilə Nuru Əliyev ölkəni tərk etməli olmuşdu. Sonradan ölkəyə qayıdıb bəzi məşhur brendlərin distributorluğunu təhvil verib işini davam etdirməyə başladı".

Nuru Əliyevin adına mətbuatda Hafiz Məmmədovla qudalıq mövzusunda da çox hallanıb. "Hafka"nın ən yaxşı vaxtlarında onunla quda olan Nuru Əliyev onun çökməsindən həmən sonra bu qudalığa da son verdi. Bu detal Nuru Əliyevin portretində onun xarakterini açan vacib cizgilərdən biri hesab etmək olar.

SİRLİ OLİQARX - Nuru Əliyev:

Sahibi olduğu "Rəvan" klubunun isə adı rəsmən futbol qumarında ən çox hallanan klub kimi elan olunaraq, çempionatdan qovuldu. Bu da portretdə növbəti cizgi.

Daha nə yazır media? Yazır ki, "Nurgün Motors"un bəzi salonlarında suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş avtomobillərin "probeq"inin aşağı salınaraq baha qiymətə satılması faktları aşkarlanıb. Yazır ki, "Nurgün"ün zaman-zaman vergidən külli miqdarda vəsait yayındırması halları aşkarlanıb və buna görə bir çox salonlar möhürlənib.

Hələ daha çox şeylər var mətbuatda. Hamısını sadalamağa ehtiyac yoxdur. Göründüyü kimi, müsbət heç nə yoxdur. İstər özü, istərsə də sahibi olduğu bir çox şirkətlər haqqında əsasən mənfi çalarlı yazılar dərc olunub.

Bütün bunlar qoyduğumuz sualı daha da aktuallaşdırır: kimdir bu sirli oliqarx? Niyə xalqdan və mətbuatdan gizlənir? Niyə holdinqin fəaliyyəti şəffav deyil? Niyə şirkətin maliyyə hesabatları ictimaiyyətə açıqlanmır?

SİRLİ OLİQARX - Nuru Əliyev:

"NURGÜN" HOLDİNQƏ HANSI ŞİRKƏTLƏR DAXİLDİR?

Qeyd etdiyimiz kimi "Nurgün" holdinqə çoxsaylı şirkətlər və distribütorluqlar daxildir. Onların tam siyahısını əldə edə bilməsək də, bir çoxları haqqında topladığımız məlumatları aşağıda oxuculara təqdim edirik. Diqqətimizi çəkən məqamlardan biri də budur ki, Nuru Əliyev bu ölkədə o azsaylı oliqarxlardan biridir ki, onun həm də şəxsi mediası və mətbəəsi var. Sanki "dövlət içində dövlət" prinsipi ilə qurulub bu holdinq. Bu bizə hardasa "nurçu"ların çalışma modelini xatırladır. Bu Nuru da o biri "NUR" kimi təhlükəyə çevrilməsin deyə bu xatırlatmanı zəruri bildik.

İndi isə bu holdinqə daxil olan şirkətlərin siyahısını nəzərdən keçirək:

1. "Nurgün Motors"
- Nissan Azərbaycan
- Infiniti Azərbaycan
- Ford Azərbaycan
- Renault Azərbaycan
- Maşın bazarı
- Çoxsaylı avtomobil salonları və servis mərkəzləri

2. Rəvan Sığorta
- 1998-ci ildən fəaliyyət göstərir. Əvvəlki adları: “Double İnsurance Company” və “Star Alyans Sığorta”. 2007-ci ildə bütün səhmləri "Nurgün" şirkəti tərəfindən alınıb və təsisçilər dəyişdirilib. 2009-cu ildən “Rəvan Sığorta” adlanır. Son illərdə davamlı olaraq adları bir sıra sığorta qalmaqallarında hallanır.

3. NBC Bank ASC
17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı "Ruzu" Bank. 2002-ci ildən adını dəyişərək "NBCBank" olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verildi. Yazımızın qəhrəmanı, sirli Nuru Əliyev 2016-cı ildə "NBC Bank"ın kapitalındakı payını 57,51%-dən 65,91%-dək artırıb. 2016-cı ildə bankın digər səhmdarlarının (yaxın qohumları) payında isə azalma qeydə alınıb.

4. Nurgün İnşaat
- 1994-cü ildən fəaliyyət göstərən “Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir. Bu illər ərzində bir sıra irimiqyaslı tikinti lahiyələrini reallaşdirmışdır. Buraya İdman komplekslərini, yüksəkmərtəbəli binaları, avtomobil salonlarını və s. aid etmək olar.

5. “Bello” Yuyucu Vasitələr Fabriki
- “Bello” markası adı altında məişət kimyası məhsullarının bütün çeşidləri istehsal olunur: “Bello” anti-bakterial əl sabunu, əl-üz yumaq üçün maye sabun, qabyuyan vasitə, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitə, paltar ağardıcı duru maye, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağında istifadə olunan gigiyenik təmizləyici toz, mətbəx ləvazimatlarının, kafel-metlax döşəmələrin, çanaqların, plastik şüşə və səthlərin, xalçaların təmizlənməsində istifadə olunan maye vasitə (universal təmizləyici) həmçinin yuyucu tozlar təklif edir.

6. Salyan süd zavodu
- Salyan süd zavodunda istehsal olunan məhsullar mağazalarda "Bəyaz süd" adı altında satılır. Saytı fəaliyyət göstərmədiyinə görə, heç bir əlavə bilgi əldə edə bilmədik.

7. Nurgün Trading
- Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir.

8. Kaspian Transport
- 2008-ci ilin yekunlarına və avtoparkın həcminə görə Azərbaycan Respublikasında demək olar ki, ən böyük avtomobil daşıyıcısıdır.

9. "Kontinental" mağazalar şəbəkəsi

10. "Ailə" supermarketlər şəbəkəsi

11. NICOS kosmetika məhsulları, Active qabyuyan mayeləri, BIOSENSE şampunları, Rocchetta, Vittel və Erikli sularının, Havoline və Ardeca yağlarının idxalçısı və s.



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net