Prezidentin Sərəncamına qarşı çıxan Nazir və icra başçısı kimdir?
Tarix: 24-05-2017, 12:52 | Çap et
Prezidentin Sərəncamına qarşı çıxan Nazir və icra başçısı kimdir?
Son günlər, Adil Vəliyevin icra başçısı olduğu Sabunçu rayon rayon mərkəzində müxtəlif yerlərin sökülüb satılması və Sabunçu rayon mərkəzindəki parkın sökülüb yerində müxtəlif tikintilər aparılması mətbuatdan hər kəsə məlumdur.

XeberBiz.az bildirir ki, Sabunçu rayon mərkəzində söküləsi və satılası ərazilərin tükəndiyini görən Adil Vəliyev indi də rayonun qəsəbə və kəndlərinin ərazilərinə əl qoyub.

Belə ki, Sabunçu rayon Kürdaxanı qəsəbəsinin ərazisi sayılan “Eldar Şam”lığı kimi tanınan meşə sahəsi soyqırım günlərini yaşayır..!

Kürdaxanı və Pirşağı qəsəbələrinin kəsişdiyi bu ərazidə “Eldar Şam”larını kütləvi halda kəsib yerində ticarət mərkəzi tipində, özü yola baxan istiqamətdə böyük tikili inşa edilmişdir. Tikintinin arxasında qalan digər böyük ərazi daş hasara alınmışdır. Hasara alınan ərazidə qalan “ELDAR ŞAMLARI” kəsilmiş digər ağaclar kimi təhlükədədir.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı şöbəsi ilə (012) 432-41-52 əlaqə nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq məlumat əldə etmək istədik. Zəng zamanı məlum oldu ki, nazirliyin məsələdən xəbəri var, lakin hansısa səbəbdən adı qırmızı kitaba düşmüş

50 -yə yaxın eldar şamının kəsilməsinə göz yumulmuşdur. Onu da qeyd edək ki, bu növün qorunması üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır. Bu növün qorunduğunu bildikləri halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu rayon icra hakimiyyəti Azərbaycan Respublikasının sərvətini biznes qurbanı etmişlər.

Hansı səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu rayon icra başçısı Adil Vəliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə qorunan cavan “ELDAR ŞAMLARININ” kəsilməsinə göz yumurlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net