Bərdənin icra başçısı prezidentə məktub yazdığına görə vətəndaşı təhdid edir: “Başın ağrıyacaq...”
Tarix: 17-10-2016, 08:04 | Çap et
Bərdənin icra başçısı prezidentə məktub yazdığına görə vətəndaşı təhdid edir: “Başın ağrıyacaq...”
Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan, Fətəliyev Cəmil Fətəli oğlu, Bərdə rayon Mirzalıbəyli kəndində kirayəşin yaşayan, ali təhsilli, işsiz, 7 nəfər ailə üzvü olan Fətəliyev Murad Cəmil oğlu və digərləri Savash.org vasitəsilə ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciət müəllifləri Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevdən və Bərdə RİH rəsmilərindən şikayətçidir.

Həmin müraciəti xırda düzəlişlərlə oxucularımızın diqqətinə çatdırırıq:

“8 il, 2 ay ərzində müxtəlif tarixlərdə yazmış olduğumuz, 344 ərizəmizə cavab verilməməsi və bu barədə Hörmətli Prezidentimizə yazmış olduğum ərizəyə əsasən, Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, eyni zamanda onun yaxın adamları tərəfindən bizi təqib edilməklə, yoxlanılmaqla, tutdurmaqla hədələtdirməsi barədə yuxarı orqanlara yazmış olduğumuz ərizələrimizi yenidən baxılması üçün Vidadi İsayevin özünə göndərilir. Bu nə qədər məntiqə və qanuna uyğundur? Ona görə də bizim 344 şikayət ərizəmizə bu günə kimi baxılmayıb.

Hörmətli Prezident! Mən, ali təhsilliyəm, Qarabağ müharibəsi veteranıyam, əliləm. Təbriz şəhərində ürəkdən əməliyyat olunmuşam. Qaraciyərimdə serroz var. Böyrəklərim xəstədir, yüksək təzyiqim var və buronxitəm. Həyat yoldaşım da xəstədir, 2 dəfə əməliyyat olunub. 1-ci dəfə Bakı şəhərində onkoloji xəstəxanada, 2-ci dəfə isə Təbriz şəhərində əməliyat olmuşdur. Şəkər, ürək, yüksək təzyiq və onkoloji xəstədir. Bizim bu iki əməliyatı olunmağımıza “Nikoyl” bankdan 18.000 manat AZN pul götürüb vermişik.

Hörmətli Prezident! Demək olar ki, bizim günümüz həkimlərdə, xəstəxanalarda və apteklərdə keçir. Biz, bu xərcləri və krediti bir təhər təqaüd pulumuzla veririk. Çox vaxtı banka pul borcumuz qalır. Mənim bundan heç bir şikayətim yoxdur.

Hörmətli Prezident! Mənim oğlum Fətəliyev Murad Cəmil oğlu 2003-cü ildə Bakı şəhərində Azərbaycan Koperrasiya Universtitetini bitirmiş və ali təhsil almışdır. Oğlum Murad Fətəliyev ailəlidir - 7 nəfər ailə üzvü var. Beyləqan rayonunda döyüş bölgəsində, hərbi xidmətini başa vurmuşdur. Hazırda heç bir yerdə işləmir. Oğlum Murad Fətəliyev, İşsizliyi barədə Bərdə rayon İcra başçısı cənab Vidadi İsayevə və Bərdə rayon Məşğulluq Mərkəzinə bir neçə dəfə ərizə ilə müraciət etmşdir. Lakin bu günə kimi heç bir cavab almamışıq və nəticəsi olmamışdır. Oğlum Murad Fətəliyevin 35 yaşı var. Bəs ona nə vaxt iş verəcəklər ki, o işləyib 7 nəfər ailəsini dolandırsın və yaşamağa özünə ev tikdirsin? Hələ də Muradın yaşamağa evi yoxdur! Biz də bilmirik ki, verilmiş təqaüd pullarımızla özümüzü müalicə etdirək, dərman alaq, götürdüyümüz krediti verək yoxsa oğlum Muradın özünün və 7 nəfər ailə üzvünü saxlayaq. Bizə çox çətindir.

Rayonda olan bəzi vəzifəli məmurlar, pulumuz olmadığına görə bizə nə iş, nə də icarəyə torpaq verirlər. Deyirlər, hamısı, yəni pul, torpaq, vəzifə, bizim və qohumlarımızın olsun. Heç ərizəmizə də qanunla baxıb cavab vermirlər və köməklik əvəzinə ərizələrimizi göndərirlər Məşğulluq Mərkəzinə. Murad da özünə işi ancaq özəl idarələrdə və müəssisələrdə tapır ki, o da bir neçə aylıq olur. Ona görə ki, ya müəssisə bağlanır və yaxud da Murad ixtisara düşür. Bizim də ömrümüz yuxarıda göstərdiyim kimi, bu cür xəstəliklə bu gün-sabahlıqdır. Bəs oğlum Murada nə vaxt iş verəcəklər, bilək ki, bizdən sonra o, ailəsini saxlaya biləcək. Rayonda olan məmurlar bugün-sabah Murada iş verəcəklər deyərək 8 ildir ki, bizi aldadırlar”.

Şikayətçi daha sonra yerli məmurların onun başına açdığı oyunların təfərrüatlarını açıqlayır: “Bərdə rayon İcra Başçısının birinci müavini V.Qarayev deyir ki, iş yoxdur. Əgər iş yoxdursa bu 8 ildə yoxlayın görün neçə nəfərə iş və icarəyə torpaq veriblər. Əksəri də başçı Vidadi İsayevin Tərtər, Yevlax rayonlarından işə qoyduqları dostları və qohumlarıdır. Hətta biz özümüz də Bərdə rayonunda hansı idarələrdə iş yeri boşdur, onlara demişik. Pulumuz yoxdur deyə bizə iş vermirlər və heç dediyimiz sözümüzü də güya eşitmirlər.

Mən mətbuat vasitəsi ilə Prezidentə müraciət etdim. Həmin gün təxminən saat 17:25 radələrində mənə 050-389-00-04 nomrəsindən zəng gəldi. Həmin şəxs mənə dedi ki, Bərdə rayon İcra Hakimiyyətinin başcısının köməkcisi Anar Hətəmovdur və 15.09.16 tarixdə saat 10:00 radələrində cənab Vidadi İsayev bizi qəbula cağırır. Həmin gün mən də oğlum Muradla getdik başcı Vidadi İsayevin qəbuluna. Başcının gözləmə otağının qarşısında duran, köməkcisi Anar bizə dedi ki,cöldə gözləyin. Biz təxminən 40-50 dəqiqə cöldə gözləyirdik ki, Anar gəlib bizə dedi ki, başcı sizi qəbul etməyəcək.Bu vaxt İsgəndər İsmayılov bizi otağına cağırdı. İsgəndər İsmayılov iş otağında mənə dedi ki,sən yaşlı adamsan,bilmirsən oğlun Murada pislik edərlər? Sən, Hörmətli Prezidentimizə Vidadi İsayevdən şikayət ərizəsi yazmısan, guya ona nə deyəcəklər ki? Pul onlarda , vəzifə onlarda, şər atıb oğlunu tutdurarlar və s. başqa bu kimi ifadələrlə bizə hədə-qorxu gəldi. Əgər bunu bir də yazsan, cox əzablar cəkəcəksiniz və başınız ağrıyacaq”.

Şikayətçi əmin olduğunu yazır ki, bütün bunları təşkil edən icra başçısı Vidadi İsayevdir: “Bütün bunlara göstəriş verib,bizə hədə-qorxu gəlməsini təşkil edən Bərdə rayon İH başcısı Vidadi İsayevdir. Cünki zəng etdirib bizi Bərdə rayon İH-ə cağıtdıran Vidadi İsayevdir, qəbul etməyən də Vidadi İsayevdir. Bizə Bərdə rayon İH-də hədə-qorxu gələn şəxs isə onun işcisi cənab İsgəndər İsmayılovdur. Bizim həyat və səhhətimiz Vidadi İsayev və onun adamları tərəfindən təhlükə altına alınıb, eyni zamanda bizi təqib etdirir və incidir. Səbəb də odur ki,oğlum Murad, 8 ildə, ailəsin dolandırmaq ücün ondan münasib işlə təmin olunmağına görə, Hörmətli Prezidentimizə şikayət ərizəsi yazıb. Bizim qorxacaq yerimiz yoxdur, cünki 8 ildir ki pulsuz ,işsiz və evsiz azadlıqda olmaq həbsdə olmaq kimidir.

Vidadi İsayev bizim ərizələrimizi bağlamaq ücün görəsən hansı saxta yalancı məlumatları arayışa yazıb göndərib. Bu saxta arayışları da başcı Vidadi İsayev özü ilə birgə Tərtər rayonundan İH-də işə gətirdiyi, “ərizə basdırmaq” üzrə mütəxəssis, İsgəndər bəyə həvalə edib. Əgər bu arayışları İsgəndər bəy düzgün tərtib edirsə nə ücün bizə sürətini vermirlər? Biz bu 8 ildə 332 ərizə və şikayətimizi müxtəlif rəhbər orqanlara yazıb göndərmişik. Nəticəsi isə İsgəndər bəyin saxta və yalançı arayışlar hesabına bağlanıb. Bizə də ərizəmizin nəticəsi barədə cavab verilməyib.

Görəsən onların özləri 8-10 il işsiz , pulsuz və yaşamağa evləri olmasaydı nə edərdilər? Bu çiçəklənən ölkəmizdə cənab Vidadi İsayev rayonumuzda bizə iş vermir. Axı biz torpaqlarımızın bütövlüyünün, dövlətciliyimizin , müstəqilliyimizin uğrunda canımızı, qanımızı və sağlamlığımızı qoymuşuq. Budurmu Bərdə rayon İH-nin başcısının , Qarabağ veteranına , əlilinə qoyduğu qayğı və köməklik.

Hörmətli Prezident! Sizdən xahiş edirik bizə və Murad Fətəliyevi münasib işlə təmin olunmasına köməklik göstərəsiniz.

İmza :
Fətəliyev Cəmil Fətəli oğlu
Fətəliyev Murad Cəmil oğlu Fətəliyev Fərid Cumşud oğlu
Fətəliyev Fətəli Cəmşid oğlu Fətəliyev Rauf Adil oğlu”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net