"Vəkil" Şamaxıda necə həbs edildi?
Tarix: 18-04-2016, 09:10 | Çap et
"Vəkil" Şamaxıda necə həbs edildi?
Şamaxıda və Bakı şəhərində vətəndaşları aldadaraq hüquqlarını müdafiə edən, özünü tanınmış vəkil, xüsusən də Azərbaycanın ilk dövlət katibi, mərhum Tofiq İsmayılovun oğlu kimi təqdim edən Elşən Tofiq oğlu İsmayılovun barəsində Şamaxı rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə Pravdainfo.org-a Şamaxıdan məlumat verilib. Həbsin motivləri barədə az sonra ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Elşən İsmayılov neçə ay əvvəl tanınmış KİV-lərdən birinin baş redaktorunu xüsusi ittiham qaydasında məhkəməyə vermişdi ki, guya həmin qəzetdəə onun barəsində "Aldığımız məlumata görə Elşən İsmayılov bir çox dövlət orqanlarında özünü keçmiş dövlət katibi Tofiq İsmayılovun oğlu kimi təqdim edərək qanunsuz hərəkətlərə yol vermişdir" cümləsi dərc edilmişdir... Lakin Yasamal rayon Məhkəməsində keçirilən şikayətin hazırlıq iclasında məlum olub ki, Elşən İsmayılov həqiqətəndə bir sıra məhkəmələrdə və bir sıra dövlət orqanlarında özünü keçmiş dövlət katibi Tofiq İsmayılovun oğlu kimi təqdim edərək bu addan sui-istifadə edirmiş... Hətta məhkəmədə T.İsmayılovun oğlu Mirheydər İsmayılovun bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına rəsmi şikayəti, qeyd olunan KİV-ə isə bu qanunsuz hərəkətlə bağlı açıqlaması vardır...
Bu gün keçirilən məhkəmədə isə məlum olub ki, Elşən İsmayılov Şamaxı rayon sakini Osmanov Mehmabn Mövlam oğlunu döyərək ona ağır bədən xəsarətləri yetirib... Bundan başqa, o da bəlli olur ki, Elşən İsmayılovun cinayət işində Ağstafa rayonundan olan Şəmistan adlı şəxsə 127 min manat, Niyaz adlı şəxsə isə 46 min manat maddi ziyan vurub, pullarını dələduzluq yolu ilə ələ keçirib... Ən maraqlısı, məlum olub ki, Elşən İsmayılov Şamaxıda bir çox məmurların əsassız olaraq məhkəmələrə verilərək onların əsassız olaraq vaxtının alınmasına, məhkəmələrə cəlb olunmasına səbəb olan şikayətlərdə "vəkil" olub... Onu isə Şamaxıda dövlət orqanlarında çalışan məmurlardan bir neçəsi bu əsassız şikayətlərin "vəkil"lliyini etmiş Elşən İsmayılovun "drijor"u olmuşlar...
Elşən İsmayılovun cinayət işinin istintaqını aparmış müstəntiq Aləm Hüseynovla əlaqə saxlamağa çalışdıq, lakin hələki telefon zəngimizə cavab vermir... "İttiham Aktı"nda nələr var, bu barədə az sonra təqdim ediləcək.
Pravdainfo.org





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net