Cəlilabad ziyalıları Asif Əzizovu ifşa etdilər-VİDEO
Tarix: 19-02-2016, 09:28 | Çap et
Cəlilabad ziyalıları Asif Əzizovu ifşa etdilər-VİDEO
Bir müddətdir ki, ölkə mediasının gündəmində Cəlilabad rayonu haqqında məlumatlar yer alır

Yazılarda gah Cəlilabadda səhiyyənin durumunun bərbad olması, gah təhsilin vəziyyəti, gahda Kərəm Həsənovun rayonda əraziləri zəbt edib özünə villalar tikdirdiyi deyilir. Bu gün isə bütün yazılanların pərdəarxası məqamları üzə çıxıb. Btv-yə danışan bir qrup rayon ziyalısı deyir ki, hər şey heç də yazılıb- pozulduğu kimi deyil. Yayılan söz-söhbətlərin arxasında rayon icra başçısının keçmiş 1-ci müavini Asif Əzizov dayanır. Onun təşkilatçılığı ilə sosial şəbəkələrdə saxta hesablar açılır, Cəlilabadda görülən işlərlə bağlı qara piar aparılır.
Belə güman etmək olar ki, Asif Əzizovun vəzifədən kənar düşməsi onu bərk incidib və o, özünün təxəllüyünün məhsulu olan xəbərlər yaylamqla rayonun imicinə zərər vurmağa çalışır. Onu da bildirək ki, iddilara görə ,Asif Əzizov əvvəllər ADP-nin üzvü olub və Rəsul Quliyevə sədaqəti ilə seçilib. Biz bütün söylənilənlərə aydınlıq gətirmək məqsədilə Asif Əzizovla əlaqə saxlamağa çalışdıq. Lakin o, zənglərimizə cavab vermədi.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net